Azərbaycanda 63 yaşlı qadın ana oldu

18 Noyabr 2020 17:05

Bakıda 63 yaşlı Gövhər Cəfərova ilk dəfə ana olub. Onun 12 noyabr tarixində oğlu dünyaya gəlib.

Milli.Az xəbər verir ki, körpəyə Qələbəmizin şərəfinə valideynləri Zəfər adını verib və vətənə sadiq, gələcəyin əsgərini yetişdirəcəyini bildirdilər. Ana illərdir həsrətində olduğu arzusunun gerçəkləşməsinə çox sevinir və bütün xanımlara tövsiyə edir ki, belə bir arzuları, məqsədləri varsa sonacan arxası ilə getsinlər. 63 yaşında analıq hissini yaşayan xanım bu xoşbəxtliyi ona yaşatdıqları üçün həkimlərinə öz təşəkkürlərini bilirdirib. /medicina.az

Milli.Az