Türkiyədə zəlzələ olub

18 Noyabr 2020 10:44

Türkiyənin Çorum şəhərində 4,2 bal gücündə zəlzələ olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Yerli vaxtla saat 02:05-də qeydə alınan yeraltı təkanlar Kırıkkale, Yozqat və Kastamonuda da hiss olunub. Zəlzələ ocağı 10,77 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Milli.Az