Braziliyada bir gündə koronavirusa 35 294 nəfər yoluxub

18 Noyabr 2020 10:17

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 35 294 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 911 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 685 nəfər ölüb, ölənlərin ümumi sayı 166 699 nəfər təşkil edir.

Milli.Az