"Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı"

18 Noyabr 2020 10:06

Lüksemburq millisinin baş məşqçisi Luk Holtz Millətlər Liqasının 6-cı turunda Azərbaycanla matçdan (0:0) sonra oyun haqqında fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis görüşdən sonra keçirilən mətbuat konfransında bunları deyib:

"Oyun gözlədiyimiz kimi keçdi. İlk hissədə komandamız çox yüksək səviyyəli oyun nümayiş etdirdi. Təssüf ki, penaltidən istifadə edə bilmədik. Fasilədən sonra Azərbaycan millisi daha yaxşı oynadı. Press tətbiq edərək bir neçə dəfə əks-hücumlar təşkil etdi. Ümumilikdə maraqlı oyun keçdi. Oyunda yeganə çatışmazlıq qol idi".

Milli.Az