Tramp Kristofer Krebsi vəzifəsindən azad edib

18 Noyabr 2020 08:33

ABŞ prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin rəhbəri Kristofer Krebsi vəzifəsindən azad edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyin təhbəri vəzifəsindən azad edilib".

ABŞ prezidenti qeyd edib ki, K.Krebsin prezident seçkilərinin təhlükəsizliyi ilə bağlı son açıqlaması olduqca qeyri-dəqiq idi. Onun sözlərinə görə, seçkilərdə çox sayda pozuntu və saxtakarlıq olub.

Milli.Az