Fransada koronavirusa yoluxanların sayı 2 milyonu ötdü

18 Noyabr 2020 07:48

Fransada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 2 milyon nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon mətbuat konfransı zamanı deyib.

J.Salomoon bildirib: "Ən çox yoluxma halı noyabrın 2-də qeydə alınıb, gün ərzində 69 500 yeni yoluxma halı aşkar edilmişdi. Hazırda bu göstərici azalır, lakin hələ də qəbuledilməz dərəcədə yüksəkdir".

Onun sözlərinə görə, ötən sutka ərzində koronavirusdan 437 nəfər ölüb, ölənlərin ümumi sayə 46 273 nəfər təşkil edir. J.Salomon qeyd edib ki, 4 854 koronavirus xəstəsi hazırda reanimasiyadadır.

Milli.Az