Millimizlə oyunöncəsi Lüksemburqun iki futbolçusunda koronavirus aşkarlandı

17 Noyabr 2020 18:51

UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın rəsmi tvitter səhifəsi məlumat yayıb. Qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşin virusa yoluxduğu bildirilib. Hər iki oyunçu bugünkü  matçı buraxacaq.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az