Şirvanda 2 nəfəri avtomobillə vuran sürücü hadisə yerindən qaçıb

17 Noyabr 2020 18:47

Şirvanda yol-nəqliyyat hadisəsi olub.

Milli.Az xəbər verir ki, avtomobil 2 nəfəri vurub. Hadisəni törədən sürücü qaçıb.

Yaralılar ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az