Koronavirus tibb işçisini görün nə hala saldı - FOTO

18 Noyabr 2020 20:40

San Fransiskodan olan 43 yaşlı tibb işçisi Mayk Şulç altı həftəlik koronavirus infeksiyasının bədənini necə dəyişdirdiyini əks etdirən foto paylaşıb.

Milli.Az xəbər verir ki, tibb qardaşının İnstaqramda paylaşdığı foto qısa müddətdə sosial şəbəkələrdə gündəm olub.

"Xəstəliyin bədənə nə qədər pis təsir etdiyini göstərmək istədim. Sətəlcəm səbəbindən ağciyərlərimin həcmi azaldı. Ancaq hər gün güclənirəm. Əvvəlki formaya qayıdacağam, bəlkə kardio müayinə də edə biləcəyəm", - o, paylaşımında qeyd edib.

Öskürməyə başlayan Maykın tədricən hərarəti də yüksəlib. Nəfəs almaqda çətinlik çəkəndə o, xəstəxanaya yerləşdirilib və 4,5 həftə mexaniki ventilyasiyaya qoşulub. Əvvəllər demək olar ki, hər gün məşq edən amerikalı tibb işçisi xəstəlik zamanı 22 kq arıqlayıb.

"Vəziyyətim yaxşılaşandan sonra özümü tanımadım. Güzgüyə baxanda göz yaşlarımı boğdum. Əlbəttə ki, xəstəxanada bu qədər vaxt keçirdiyimi bilmək məni şoka saldı", - o, yekunda bildirib. (publika.az)

Milli.Az