Azərbaycana əsgər göndərilməsilə bağlı qanunun lehinə səs verəcək partiyaların bəzilərinin adları açıqlandı

17 Noyabr 2020 17:20

Türkiyənin üç siyasi partiyası Azərbaycana əsgər göndərilməsilə bağlı qanunun lehinə səs verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, qanunun leyhinə səs verəcək partiyalar hakim "Ədalət və İnkişaf Partiyası", "Cümhuriyyət Xalq Partiyası" və "İYİ Partiyası"dır.

Qeyd edək ki, qanun layihəsinə əsasən Türkiyə Azərbaycana atəşkəsə nəzarət montorinq mərkəzinin yaradılması üçün hərbiçilərin göndərilməsi nəzərdə tutulur.

Milli.Az