SOCAR brendli 3 yanacaqdoldurma məntəqəsi açılacaq
24 Aprel 2010 13:10
Bu barədə ARDNŞ pezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə
görə, ilin sonunadək ARDNŞ-nin brendi altında daha 9 YDS istismara
veriləcək.
Hazırda ARDNŞ Gürcüstanda 30-dan çox yanacaqdoldurma
stansiyası tikərək istismara verib. Bu il daha 30 stansiyanın istismara
verilməsi planlaşdırılır.
Şirkət Ukraynanın pərakəndə neft
məhsulları bazarında da fəaliyyətini genişləndirir. Hazırda ARDNŞ bu
ölkədə 20-yə yaxın YDS-in rebrendiqini keçirir. Həmin stansiyalarda
neft məhsullarının satışına mayda başlanması gözlənilir.