Qırmızı düyü qanda şəkəri və xolesterini normallaşdırır

18 Noyabr 2020 23:05

Qırmızı düyü qanda şəkərin və xolesterinin normallaşmasına kömək edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qırmızı maya düyü bağırsağın fəaliyyətinə təsir etməklə xolesterini normallaşdırır.

Glisemik indeksə malik olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, həzm prosesini normallaşdırır, xolesterinin qana keçməsinə maneçilik törədən sellüloz vasitəsilə orqanizmi şlaklardan təmizləyir. Bu o deməkdir ki, qırmızı düyü qanda şəkərin səviyyəsinin tez-tez qalxıb düşməsinə imkan vermir.

Bundan əlavə, qırmızı düyü aclığı tez yatırır, uzunmüddətli toxluq hissini qoruyur və diabet xəstələrində problemlər yaradan çəki artımının qarşısını alır.

O cümlədən, qırmızı maya düyü artıq mayenin xaric olunmasına kömək etməklə yanaşı, tərkibində olan dəmir vasitəsilə orqanizmdə anemiyanın inkişaf riskini azaldır.

Milli.Az