Kolarov koronavirusa yoluxdu

17 Noyabr 2020 18:29

"İnter"in futbolçusu Aleksandr Kolarov koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçinin artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, Kolarov bu mövsüm "İnter"in heyətində 6 matça çıxıb.

Milli.Az