Bu il 26 312 nəfər evlənib, 11 089 nəfər boşanıb

17 Noyabr 2020 16:54

2020-ci ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 26 312 nikah qeydə alınıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya bildirilib ki, qeydə alınmış boşanma hallarının sayı isə 11 089 olub.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Milli.Az