"Bütün dünya Azərbaycan Ordusunun gücünü gördü" - Murovda döyüşən mayor - VİDEO

17 Noyabr 2020 11:51

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq əks-hücum əməliyyatına başladıq və ermənilərin mövqelərini darmadağın etdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qarabağ müharibəsində Murov zirvəsinin düşməndən azad edilməsində iştirak edən mayor Anar Ramazanov deyib.

O bildirib ki, Murovdağ zirvəsinin azad olunması üçün 4 saat mübarizə aparıblar və döyüş zamanı ağır yarlanıb: "Yarım saatdan sonra növbəti dəfə qəlpə yarası aldım. Şəxsi heyət mənə ilkin tibbi yardım göstərib düşmən olan ərazidən çıxardı. Bu müharibə ilə bütün dünya Azərbaycan Ordusunun gücünü gördü".

Milli.Az