Levandovski Niderlandla matçı buraxa bilər

17 Noyabr 2020 18:19

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski yığmanın Millətlər Liqasının 6-cı turunda Niderlandla keçirəcəyi oyunu buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu 5-ci turda İtaliya ilə oyunun (0:2) ikinci hissəsində əzələ problemi ilə üzləşib. Matçdan sonra futbolçunun ağrıları daha da güclənib.

Bundan əlavə, Levandovski ardıcıl 4 matçda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, 18 noyabrda "Slaski" stadionunda keçiriləcək Polşa - Niderland görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Milli.Az