Bakıda toqquşan avtomobillərdən biri işıqfora çırpılıb - FOTO

17 Noyabr 2020 08:18

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

"BMW" markalı avtomobillə "FIAT" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin gücündən avtomobillərdən biri işıqfora çırpılıb. Toqquşma o qədər güclü olub ki, işıqfor yerindən çıxaraq, yararsız hala düşüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az