Luis Suarez koronavirusa yoluxdu

17 Noyabr 2020 07:05

Uruqvay futbol komandasının hücumçusu Luis Suarezin koronavirusla bağlı verdiyi testlərin nəticələri müsbət çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Uruqvay millisinin mətbuat xidməti bildirib.

Bildirilib ki, Uruqvay millisinin qapıçısı Roqdriqo Munyos və komandanın mətbuat xidmətinin əməkdaşı Matias Faralində də test nəticələri də müsbət çıxıb. Hal-hazırda hər üçü də özünü təcrid ediblər.

Milli.Az