Balotelli Braziliya klubu ilə danışıqlar aparır

16 Noyabr 2020 18:39

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun xidmətində "Vasko Da Qama" maraqlıdır. Hazırda Braziliya klubunun rəhbərliyi ilə Balotelli arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, azad agent statusuna malik futbolçu so olaraq "Breşiya"da çıxış edib.

Milli.Az