Niderland yığmasının hücumçusu Rayan Babel koronavirus infeksiyasına yoluxub.
Milli.Az apasport.az-a istinadla bildirir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.
Hazırda yığmanın düşərgəsində olan forvardın son testinin pozitiv çıxdığı açıqlanıb. Bu üzdən "Qalatasaray"ın futbolçusunun karantinə alındığı və Millətlər Liqasında noyabrın 18-də Polşa ilə səfər oyununu buraxacağı vurğulanıb.
Qeyd edək ki, Babel dünən Bosniya və Herseqovina ilə V tur matçında (3:1) iştirak ərizəsində yer almayıb.
Milli.Az