100-lərlə erməni hərbçinin meyiti Şuşa ətrafında qalmaqdadır - Erməni mətbuatı

16 Noyabr 2020 10:31

Şuşa ətrafında gedən döyüşlərdə həlak olan 150 erməni hərbçisinin meyiti ərazidən çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında deyilir. Qeyd olunur ki, bundan əlavə 100-lərlə hərbçinin meyiti döyüşlər gedən yerdə qalmaqdadır.

Ermənilərin sosial şəbəkələrdə yazdığına görə, Şuşa uğrunda gedən döyüşlərdə 800-ə yaxın erməni hərbçisi ölüb.

Milli.Az