Uzun müddətdir Amerikaya köçən aparıcı Elvira İsmayılova orada ailə qurub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcının toyu oktyabrda baş tutub. Elvira həyat yoldaşı ilə görüntülərini sosial şəbəkədə yayımlayıb.
Xoş günündə aparıcını həmkarı, hazırda ABŞ-da yaşayan Rüfət Ağayev də tək qoymayıb. Elvira Aslan Demir adlı şəxslə nikah masasına oturub.
Qeyd edək ki, Elvira ATV-də çalışırdı. O, bir müddət əvvəl oxumaq üçün Amerikaya getdiyini açıqlamışdı.
Milli.Az