Bakıda yol qəzası olub - Aeroport yolunda sıxlıq yaranıb

15 Noyabr 2020 22:16

Heydər Əliyev prospekti-Hava limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib: "Heydər Əliyev prospekti-Hava limanı yolunda (Bülbülə qəsəbəsi saatın yanı) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə olunur".

Milli.Az