Ekvador millisinin üç üzvü koronavirusa yoluxdu

16 Noyabr 2020 07:07

Ekvador yığmasının üç futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə Enner Valensiya, Alan Franko və Dieqo Palasiosdan götürülmüş COVİD-19 testlərinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Onların hamısı Boliviya ilə oyunda iştirak ediblər.

Milli.Az