Türkiyənin ən böyük telekanallarından biri satışa çıxarıldı

6 Yanvar 2012 21:12
Milli.Az-ın "BloombergHT"yə istinadən verdiyi məlumata görə, "Çalık" şirkətlər qrupu televiziya və qəzet üçün təkliflər toplamağa başlayıb.

ATV telekanalı və "Sabah" qəzetinin satışı üçün etibarnamə "Goldman Sachs" şirkətinə verilib. "Çalık" qrupu mətbuat vasitələri üçün təklifləri yanvarın 18-dək toplayacaq.

Qəzet və telekanalın satıqı ilə KKR, TPG və "Time Warner" şirkətləri maraqlandığı bildirilir.

Milli.Az