"Barselona" Fati ilə müqaviləsini yeniləyir

15 Noyabr 2020 11:52

"Barselona" futbolçusu Ansu Fati ilə müqaviləsini yeniləməyə hazırlaşır.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu bir neçə həftə əvvəl danışıqlara başlayıb.

Eyni zamanda tərəflərin danışıqlarda irəliləyiş əldə etdiyi də qeyd olunub. Onun "Barselona" ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Bundan əvvəl, 18 yaşlı hücumçunun dizindəki zədəyə görə əməliyyat olunduğu və 3-4 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.

Qeyd edək ki, Fati bu mövsüm La Liqada 7 oyuna çıxıb və 4 qol vurub.

Milli.Az