Valyutadəyişmə məntəqəsinin əməkdaşına hücum oldu - YENİLƏNİB
24 Aprel 2010 12:20
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Qaraçuxur qəsəbəsində 2 naməlum şəxs valyutadəyişmə mətəqəsinin əməkdaşı Tahir Süleymanova küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıblar.
Hadisə səhər saat 07:00 radələrində zərərçəkmişin evinin qarşısında baş
verib. Binanın girişindən çıxarkən bir nəfər ona yaxınlaşaraq özünü sərxoş
kimi aparıb. Bu zaman digər şəxs arxadan onun başına zərbə endirib. Zərbənin
təsirindən yıxılan T.Süleymanov qışqıraraq kömək çağırıb. Bu zaman
səs-küydən özlərini itirən şəxslər hadisə yerindən qaçıblar. Onlar
hətta həyəcandan T.Süleymanovun əlindən yerə düşmüş 5000 dollarlıq
bağlamanı da aparmayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) madəsi ilə cinayət işi başlanıb. Həmin şəxslərin axtarışı davam edir.
Anar Məmmədov
Milli.Az