“Beşiktaş”ın 5 futbolçusu koronavirusa yoluxdu

13 Noyabr 2020 11:39

Türkiyənin "Beşiktaş" klubunda koronavirus infeksiyasına kütləvi yoluxma aşkarlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi 5 oyunçusunun testinin pozitiv çıxdığını açıqlayıb.

"Ağ-qaralar" həmin futbolçulardan ikisinin hazırda yığma komandalarının düşərgəsində olduğunu bildirib. Digər 3 nəfərdən biri isə heyətdən kənarda qalan futbolçudur.

Qeyd edək ki, "Beşiktaş"ın bir müddət əvvəl də 3 futbolçusu koronavirusa yoluxmuşdu.

Milli.Az