Ermənilər Kəlbəcərdə ev və meşələri yandırıb çıxırlar - VİDEO

13 Noyabr 2020 10:50

10 noyabrda Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 15 noyabra qədər Kəlcəbəri tərk etməlidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, düşmən 2 gün sonra tam boşaltmalı olduğu Kəlbəcər şəhərində ekoloji terrorlar törətməyə başlayıb. Onlar gedərkən ev və meşələri yandırırlar.

Bu barədə "Sputnik Ermənistan" saytında da yazı dərc olunub. KİV orqanı "Kəlbəcərdən gələn yol maşınlarla doludur: ermənilər evləri yandırır və torpaqları tərk edirlər" başlıqlı xəbərdə yanğından video da paylaşıb.

Bununla da ermənilər Azərbaycanın işğal altında olan torpaqlarında vandalizm əməlləri törətdiklərini özləri bir daha sübut ediblər.

Milli.Az