Ən populyar brauzer adını dəyişəcək

6 Yanvar 2012 13:34
Əgər onun rəqibləri təcili addımlar atmasalar, 2012-ci ildə dünyanın ən populyar brauzeri "Internet Explorer" yox, məhz "Chrome" olacaq.

Milli.Az "Statcounter"ə istinadən bildirir ki, ötən il ərzində "Google Chrome"un dünya bazarında tutduğu yer 16 faizdən 27 faizə qədər artıb.

Hələlik lider mövqe tutan "Internet Explorer"in payı isə 47 faizdən 39 faizə qədər azalıb. Ekspertlərin fikrincə, "Microsoft" korporasiyasının brauzerinin geriləməsi bu il də sürətlə davam edəcək.

Ötən ilə populyarlığına görə dünyanın 2-ci brauzeri kimi başlamış "Firefox"un bazardakı payı 30 faizdən 25 faizə qədər azalıb. Bu brauzer hazırda 3-cü pillədədir.

Milli.Az