GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın katibliyi Şuşa şəhərinin erməni işğalından azad edilməsi ilə əlaqədar bəyanat yayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, təşkilat Azərbaycanı təbrik edib.
Bəyanatda deyilir: "Katiblik Azərbaycanı Şuşa şəhərinin 28 il 6 aylıq işğaldan sonra azad olunması münasibətilə təbrik edir! Azərbaycanın suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzu edirik".
Təşkilat, həmçinin Azərbaycana Dövlət Bayrağı Günü münasibətilə də təbrik ünvanlayıb.
Milli.Az