#Shusha həştəqi tvitterdə trend oldu - FOTO

8 Noyabr 2020 17:52

Məlum olduğu kimi, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı tvitter mikrobloqunda #Shusha həştəqi ilə paylaşımlar dünya üzrə trend olub.

Hazırda bu həştəq üzrə atılan tvitlərin sayı 25 mindən artıqdır və dünya üzrə 5-ci yerdə qərarlaşıb. Həmçinin #Shusha həştəqi ilə paylaşım tvitterin ABŞ seqmentində də 4-cü yerdədir.

Milli.Az