Bakıda restoran sahibindən maraqlı aksiya - FOTO

8 Noyabr 2020 16:27

Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanın azad edilməsini elan edəndən sonra Bakı küçələrində əhval-ruhiyyə daha da artıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaşlar küçələrə çıxaraq sevinc hisslərini bölüşürlər. 

Bundan başqa, iaşə obyektlərindən biri - "Bəyaz" restoranı maraqlı aksiya həyata keçirib. Belə ki, restoran işçiləri stol-stulu küçəyə çıxararaq süfrə açıb. Restoran sahibi insanlara təmənnasız yemək təklif edir. 

Azadlıq prospektində yerləşən həmin məkana musiqiçilər də dəvət edilib. 

Milli.Az