Lukaku sağaldı

8 Noyabr 2020 16:20

"İnter"in futbolçusu Romelu Lukaku zədəsini tam sağaldıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Milan klubunun baş məşqçisi Antonio Konte bildirib. O, Çempionlar Liqasının 2-ci turunda "Şaxtyor"la matçda (0:0) xəsarət alan 27 yaşlı hücumçunun artıq komanda ilə məşqlərdə iştirak etdiyini deyib:

"Lukaku komandanın son məşqlərində iştirak edib. O, "Atalanta" ilə matçda meydanda ola bilər".

Əlavə edək ki, bu gün keçiriləcək "Atalanta" - "İnter" görüşü Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Milli.Az