Türkiyənin hakim partiyasının sədr müavini Azərbaycana gələcək

8 Noyabr 2020 15:28

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Səfər noyabrın 10-da baş tutacaq:

"Səfər çərçivəsində partiyanın sədr müavini Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək".

Milli.Az