"Hoffenhaym"ın futbolçusu Yakob Brun-Larsen koronavirusa yoluxub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi artıq ev şəraitində karantinə alınıb.
Bundan əlavə klubun adı açıqlanmayan 1 işçisində də COVİD-19 aşkarlanıb.
Qeyd edək ki, "Hoffenhaym" mübarizə apardığı Avropa Liqasının L qrupunda 9 xalla liderdir. Komanda Bundesliqada isə 7 xalla 13-cüdür.
Milli.Az