PSJ bunu da bacardı

8 Noyabr 2020 13:36

PSJ Liqa-1-də tarixə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu buna ötən gecə 10-cu turda "Renn"ə 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Beləliklə, komanda ardıcıl 5 oyunda 3 və 3-dən çox qol vurmaqla qələbə qazanıb. Bu isə Liqa-1 üçün yeni rekord hesab olunur.

PSJ sözügedən matçdan əvvəl  "Anje"ni 6:1, "Nim"i 4:0, "Dijon"u 4:0, "Nant"ı 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Paris təmsilçisi çempionatın turnir cədvəlində 24 xalla liderdir. "Lill" 19 xalla 2-ci, "Renn" 18 xalla 3-cüdür.

Milli.Az