Türkiyəli müğənni Bülent Ersoy iki yeni villa alıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni Bodrumda aldığı hər iki evə ümumilikdə 40 milyon türk lirəsi ödəyib. Sənətçi mülklərinin sənədləşdirilməsi ilə əlaqədar Bodruma yollanıb.
Restoranlardan birində dostları ilə yemək yeyən ifaçı daha sonra jurnalistlərin suallarını cavablandırıb. Ersoy koronavirusa görə tez-tez evdən çımadığını, Bodruma isə evlərin sənədini düzəltməyə gəldiyini bildirib.
Qeyd edək ki, Bülent Ersoy əvvəllər də bahalı mülklər alıb. Onun yeni evlərinin yerləşdiyi bölgədə Ajda Pekkan və Ebru Gündeşin də lüks evləri var.
Milli.Az