Messidən bu mövsüm üçün ilk

8 Noyabr 2020 12:05

"Barselona"nın futbolçusu Lionel Messi bu mövsüm ilk dəfə oyun epizodunda qol vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, La Liqanın 9-cu turunda "Betis"lə matça (5:2) təsadüf edib. Sözügedən oyunda dubla imza atan argentinalı hücumçu ilk qolunu penaltidən, ikinci qolunu isə oyun epizodunda vurub.

Qeyd edək ki, Messi bu mövsüm bundan əvvəl vurduğu 6 qolun hamısında penaltidən fərqlənmişdi.

Milli.Az