Milli komandada "saxta" futbolçu

6 Yanvar 2012 11:00
İdman Arbitraj Məhkəməsi Burkina-Faso milli komandasını Afrika Millətlər Kuboku uğrunda yarışdan kənarlaşdıra bilər.

Qol.Az-ın məlumatına görə, Burkina-Faso millisi "saxta" futbolçu oynatmada ittiham edilir. Arbitraj Məhkəməsində bununla bağlı şikayəti Namibiya Futbol Federasiyası qaldırıb. Əgər onların ərizəsi təmin olunsa, yarışda Burkina-Fasonu məhz namibiyalılar əvəz edəcəklər.
 
Qeyd edək ki, şikayətdə qeyd olunub ki, Burkina-Faso ilə heç bir qan bağlılığının olmamasına baxmayaraq, milli komanda "Terek"də çıxış edən futbolçu Erva Zengeni oynadıb. Burkinalılar isə bildiriblər ki, Ervanın xanımı bu ölkədəndir və futbolçu Burkina-Fasonun pasportuna malikdir.

Milli.Az