Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir - Hikmət Hacıyev

7 Noyabr 2020 18:31

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir".

Milli.Az