Tərtərdə aşkarlanan partlamamış raket və bombacıq zərərsizləşdirilib - FOTO

7 Noyabr 2020 18:12

Tərtər rayonunun Səhləbad kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış bir ədəd zenit raketi və 9N235 bombacığı aşkar edilib.

ANAMA-nın əməkdaşı Şahin Allahverdiyev Milli.Az-a bildirib ki, 206 millimetrlik 9N33 raketi "OSA" zenit raket kompleksindən, 9N235 bombacığı isə 9M525 raket sistemindən atılıb. Partlamamış raket və bombacıq ANAMA-nın əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.

Milli.Az