Bakı sakinini avtomobil vurub

7 Noyabr 2020 08:58

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Quliyev Əliməmməd Oqtay oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Milli.Az