Rostovda böyük terror aktının qarşısı alınıb
24 Aprel 2010 12:17
Milli.Az xəbər portalı RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış şəhər Daxili İşlər İdarəsinin binası qarşısında törədilməliymiş. Milis əməkdaşı binanın giriş qapısı qarşısında partlayıcı qurğu aşkarlayıb. Hadisə yerinə Xüsusi Təyinatlı Milis Dəstəsinin partlayıcı qurğu mütəxəssisləri çağırılıb. Onlar partlayıcını "hidravlik top"la zərərsizləşdiriblər.
Milli.Az