Ermənistan münaqişənin sərhədlərini genişləndirmək istəyir - Mustafa Şentop

6 Noyabr 2020 18:33

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sərhədlərini genişləndirmək istəyir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TRT kanalına deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutmasının tək bir səbəbi var - Ermənistan istəyir ki, Azərbaycan tərəfi onlara qarşılıq versin və bununla da münaqişənin sərhədləri genişlənsin.

Milli.Az