Hikmət Hacıyev: Qubadlının məscidi donuzxanaya çevrilib - VİDEO

6 Noyabr 2020 16:11

Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

Milli.Az bildirir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

Milli.Az