Türkiyə voleybolçularından Azərbaycana açıq dəstək - VİDEO

6 Noyabr 2020 19:29

Türkiyənin "Bingöl Solhan Spor" voleybol komandası Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana açıq dəstəyini göstərib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda "Fənərbağça" ilə ölkə çempionatının qarşılaşmasında "Səninləyik Azərbaycan" yazısı yazılan futbolkalarla görüntülənib. Görüntü sosial mediada böyük rəğbətlə qarşılanıb.

Milli.Az