Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

6 Noyabr 2020 15:49

Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənildi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların (317 339 nəfər) noyabr ayının pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Milli.Az