"Mançester Yunayted" Rodcerslə danışığa başladı

6 Noyabr 2020 16:42

"Lester"in baş məşqçisi Brendan Rodcers "Mançester Yunayted"i çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ole-Qunnar Sulşerlə yolları ayırmağı planlaşdıran "mankunyanlar" 47 yaşlı mütəxəssislə danışığa başlayıb.

Klub rəhbərliyinin şimali irlandiyalı məşqçi ilə uğura nail olacaqlarını düşündüyü bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 6 oyundan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.

Milli.Az