"Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən MDB-də əməkdaşlığın inkişafı mümkün deyil" - Əli Əsədov

6 Noyabr 2020 13:53

Dağlıq Qarabağdakı vəziyyət tənzimlənmədən MDB-də əməkdaşlığın hərtərəfli inkişafı mümkün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan BMT üzv dövlətləri ilə əməkdaşlığın inkişafına maraqlıdır:

"Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıqda maraqlıdır. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq mümkün deyil".

Milli.Az